“Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasına baxmayaraq,
Bunu “Report”a açıqlamasında Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
O bildirib ki, deputatın fəaliyyəti təkcə Milli Məclisin plenar iclasları ilə məhdudlaşmır:
“Parlamentin buraxılmasına baxmayaraq, deputat yenə də seçicilərinin şikayətlərinə baxmalıdır, onlara cavab verməlidir. Hazırda deputatlara 1732 manat əməkhaqqı və 720 manat (ümumilikdə 2452 manat) isə deputat fəaliyyətini təmin etməkdən ötrü müavinət verilir”.
Qeyd edək ki, 2019-cu ilin dekabrın 2-də Milli Məclisin deputatları qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident
Dekabrın 5-də isə Prezident İlham Əliyev parlamentin buraxılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.