Milli Məclisin deputatları Ukraynada keçiriləcək prezident seçkilərini izləyəcəklər

Milli Məclisin deputatları Ukraynada keçiriləcək prezident seçkilərini izləyəcəklər Azərbaycan Milli Məclisinin (MM) deputatları Naqif Həmzəyev, Azər Kərimli və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün paytaxt Kiyev şəhərinə səfərə gedəcəklər.
Milli Məclis
27 Mart , 2019 13:03
Milli Məclisin deputatları Ukraynada keçiriləcək prezident seçkilərini izləyəcəklər

Azərbaycan Milli Məclisinin (MM) deputatları Naqif Həmzəyev, Azər KərimliRüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün paytaxt Kiyev şəhərinə səfərə gedəcəklər.

MM-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, N.Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq.

Azər Kərimli GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcəklər.

Deputatlar bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər.

Səfər aprelin 2-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi