Deputatlar: Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi tarixi uğurdur - RƏYLƏR

Deputatlar: Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi tarixi uğurdur - RƏYLƏR “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi əhəmiyyətli bir hadisədir”.
Milli Məclis
8 İyul , 2019 12:58
Deputatlar: Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi tarixi uğurdur - RƏYLƏR

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi əhəmiyyətli bir hadisədir”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, dünyanın bütün ölkələri öz abidələrinin bu siyahıya daxil edilməsi üçün çalışırlar: “Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına qədər siyahıda 1 029 mədəni irs obyekti vardı. Dünyanın inkişaf etmiş ölkələri bu siyahıya başçılıq edirlər. Məsələn, İtaliyanın 54 maddi irsi bu siyahıda yer alıb. İndiyədək bu siyahıda Azərbaycanın “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” yer alırdı. İndi isə Azərbaycanın daha bir obyekti də siyahıya daxil edildi. Bu təkcə Xan Sarayı deyil, Şəkinin tarixi ərazisidir. Belə hadisələrin baş verməsi üçün bəzən illərlə gözləmək lazım gəlir...”.

"Şəki təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi sayılacaq. Hesab edirəm ki, siyahıya daxil edilən obyektlərimizin sayı artacaq". 

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə

Deputat qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhvədən irəli gəlir: “Şəki ilə bağlı belə bir qərarın verilməsi Azərbaycan mədəniyyətinə verilən qiymətdir. Şəki təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi sayılacaq. Hesab edirəm ki, siyahıya daxil edilən obyektlərimizin sayı artacaq. Hansısa xalq mədəni irsə malik ola bilər, amma həmin ölkənin rəhbərliyinin fəaliyyətindən çox şey asılıdır. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə çəkdikləri zəhmət nəticəsini verdi. Onların beynəlxalq təşkilatlarla sıx əlaqələr qurması, ölkə mədəniyyətinin xaricdə geniş təbliğatı, Bakıda beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin tarixinin qiymətləndirilməsində xüsusi rol oynayır. Buna görə ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Deputat Cavid Osmanov isə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinin tarixi uğur olduğunu bildirib: “Bu, təbii ki, Azərbaycan diplomatiyasının, xarici siyasətinin uğurudur və ölkə mədəniyyətnin beynəlxalq aləmdə təbliğatının nəticəsidir. Şəki ilə bağlı qərarın verilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər mühüm rol oynayıb. Bilirsiniz ki, Mehriban xanım Əliyeva UNESKO-nun xoşməramlı səfiridir, həmin təşkilatla sıx işləyir. Şəki artıq bəşəriyyətin irsi sayılır, ona görə də oraya diqqət artırılacaq. Bu, ölkə üçün çox əhəmiyyət daşıyır”.

Deputat Cavid Osmanov

"Bu qərar Azərbaycanın növbəti uğuru, zəfəridir. Biz sevinirik, qürür hissi keçiririk ki, abidələrimiz UNESKO-nun Dünya İrs Siyahısına daxil edilir”.

Cavid Osmanov

Milli Məclisin deputatı &

C.Osmanov vurğulayıb ki, bu qərar ölkənin turizm potensialının genişlənməsinə da təkan verəcək: “Şəkinin siyahıya salınması ölkə mədəniyyətinin təbliğatı üçün mühüm rol oynayacaq. Bu qərar Azərbaycanın növbəti uğuru, zəfəridir. Biz sevinirik, qürür hissi keçiririk ki, abidələrimiz UNESKO-nun Dünya İrs Siyahısına daxil edilir”.

Deputat Tahir Rzayev bildirib ki, Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın hər bir vətəndaşı üçün fəxrdir: “Çünki Şəki dünya arenasına çıxır. Bu, Şəkinin tanınmasına, turistlərin gəlməsinə şərait yaradacaq. Belə qərarın verilməsində Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük zəhməti var. Mehriban Əliyeva Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün əlindən gələni edir. Qeyd edim ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir, burada bir sıra məsələlər müzakirə olunub. Sessiyada ekologiyanın, ətraf mühitin, tarixi-mədəni abidələrin qorunması ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzundan xəbər verir. Bu, ölkəmizə göstərilən etimaddır”.

Deputat Tahir Rzayev

"Şəki dünya arenasına çıxır. Bu, Şəkinin tanınmasına, turistlərin gəlməsinə şərait yaradacaq". 

Tahir Rzayev1

Депутат Таир Рзаев

Deputat ermənilərin sessiyada iştirak etməməsinə də münasibət bildirib: “Çox təəssüflər olsun ki, ermənilər bu tədbirdə iştirak etmirlər, bunu siyasi oyuna çevirmək istəyirlər. Beynəlxalq aləm ölkəmizin mövqeyini dəstəkləyir, onlar ölkədə sağlam mühitin olduğunu görürlər. Ermənilərin isə addımları nəticə verməyəcək”

Xatırladaq ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məsələyə baxılıb, vəziyyət qiymətləndirilib. Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.

Son xəbərlər

Orphus sistemi