Deputatlar özünə narkotik vasitələr hazırlayanların cəzalandırılması ilə bağlı layihəni təsdiqləyib

Deputatlar özünə narkotik vasitələr hazırlayanların cəzalandırılması ilə bağlı layihəni təsdiqləyib Azərbaycanda özünə narkotik vasitələr hazırlayan şəxslər üçün cəzalar müəyyənləşib.
Milli Məclis
329
26 Aprel , 2022 12:52
Deputatlar özünə narkotik vasitələr hazırlayanların cəzalandırılması ilə bağlı layihəni təsdiqləyib

Azərbaycanda özünə narkotik vasitələr hazırlayan şəxslər üçün cəzalar müəyyənləşib.

"Report"un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi