Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.
“Report” xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.
İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.
İclasda əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.