Deputatlar əlillik dərəcəsinin verilməsi sahəsindəki vəziyyəti tənqid edib

Deputatlar əlillik dərəcəsinin verilməsi sahəsindəki vəziyyəti tənqid edib “Bir gözünü itirən insana cavab verirlər ki, əlavə müalicəyə ehtiyacı var”
Milli Məclis
22 May , 2018 16:02
Deputatlar əlillik dərəcəsinin verilməsi sahəsindəki vəziyyəti tənqid edib
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ “2013-217-ci illər respublika üzrə 100 minə yaxın əlil artıb. Əlilliyin artması Bakı üzrə 20 mindir. Əlillik dərəcələrinin elektron qaydada verilməsi çox yaxşı oldu. Bu, elə tətbiq olunmalıdır ki, bu sahədə şəffaflıq olsun”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rauf Əliyev deyib.

“Əgər, doğrudan da, hansısa şəxs əlildirsə, ona əlillik dərəcəsi təyin edilməlidir. Biz buna nail olmalıyıq” - deyə R.Əliyev əlavə edib.

Deputat Musa Quliyev də bu sahədə şəffaflığın olmasının vacibliyini vurğulayıb: “Əlilliyi olmayan insana əlillik dərəcəsi təyin etmək bir cinayətdirsə, əlil olan insana əlillik pensiyası təyin etməmək 5 qat cinayətdir. Biz bunun üzərində düşünməliyik. Şikayət daxil olur ki, onkoloji diaqnozla əlillik dərəcəsi təyin edilmir, təkrar müayinəyə göndərilir, növbəti müayinə dövrünə qədər də həmin insan dünyasını dəyişir. Hətta elə hallar olur ki, bir gözünü itirən insana cavab verirlər ki, əlavə müalicəyə ehtiyacı var. Normalda bu insana ömürlük 3-cü qrup əlillik dərəcəsi təyin edilməlidir. Tibbi sosial ekspert komissiyalarında çalışan həkimlərin ixtisaslarına baxılmalıdır, bəlkə də, onların heç biri son 20 ildə ixtisas kurs keçməyiblər”.

Son xəbərlər

Orphus sistemi