Azərbaycanlı deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcəklər

Azərbaycanlı deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcəklər Milli Məclisin (MM) bir qrup deputatı Belarus Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Minsk şəhərində səfərdə olacaqlar.
Milli Məclis
14 Noyabr , 2019 12:04
Azərbaycanlı deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin (MM) bir qrup deputatı Belarus Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Minsk şəhərində səfərdə olacaqlar.

MM-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində prosesə qatılacaqlar.

Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi