Deputat yaradıcılıq sahəsində tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz edib

Deputat yaradıcılıq sahəsində tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz edib Bakı. 12 sentyabr. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etiraz edib.
Milli Məclis
12 Sentyabr , 2018 15:01
Deputat yaradıcılıq sahəsində tütün məmulatlarından istifadə ilə bağlı qadağaya etiraz edib
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etiraz edib.

“Report”un xəbərinə görə, J.Əliyeva çıxışında deyib ki, siqaretə qarşı mübarizə çox yaxşıdır, amma bunu yaradacılıqda tətbiq etmək olmaz: “Bu qadağa olursa, o zaman bədii əsər yazanlara da tətbiq edilsin, qəhrəmanları siqaret çəkərkən təsvir etməsinlər? Bu nə dərəcədə doğrudur?”.

Komitə sədri Rəfael Hüseynov isə deputata cavab olaraq deyib ki, prinsip etibarilə doğrudur, amma burada nümayişdən söhbət gedir, bu, insanların şüuruna daha çox təsir edir: “Kitabı biri oxuyar, biri oxumaz... Yəni kitab fərdi qaydada istifadə edilən məhsuldur. Televiziya, radio, teatr kütləvi şəkildə informasiya çatdırır. Ona görə belə məhdudiyyətlərin olması vacibdir”.

Xatırladaq ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanuna edilən dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi