Deputat: “Sputnik-Azərbaycan"ın fəaliyyəti dayandırılmalıdır”

Deputat: “Sputnik-Azərbaycan"ın fəaliyyəti dayandırılmalıdır” “Dünyada iqtisadi böhran var və bu böhran Azərbaycana da təsir göstərir”.
Milli Məclis
26 Aprel , 2022 11:13
Deputat: “Sputnik-Azərbaycanın fəaliyyəti dayandırılmalıdır”

“Dünyada iqtisadi böhran var və bu böhran Azərbaycana da təsir göstərir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, süni qiymət artımı çox ciddi problemə çevrilib:

“Bunun ölkəmizdə qarşısının alınması istiqamətində hökumət işlər görməlidir”.

Deputat xatırladıb ki, Rusiyada Azərbaycanın bir çox saytlarına girişə qadağa qoyulub:

“Azərbaycanda da “Sputnik-Azərbaycan" informasiya agentliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu agentlik Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Mən bununla bağlı MEDİA və Mətbuat Şurasına müraciət edirəm ki, həmin agentliyin fəaliyyəti araşdırılsın”.

Son xəbərlər

Orphus sistemi