Deputat “Silahlı Qüvvələr haqqında” qanun layihəsini tənqid edib

Deputat “Silahlı Qüvvələr haqqında” qanun layihəsini tənqid edib Bakı.1 dekabr. REPORT.AZ/ “Qanun layihəsinin 6-cı maddəsində göstərilib ki, səfərbərlik və müharibə ərəfəsində Silahlı Qüvvələrə rəhbərliyi Ali Baş Komandan edir. Amma qanunun 6.1-ci maddəsində isə qeyd edilib ki, real təhdid olan dövrlərdə isə silahlı birləşmələr bu məsələləri öz aralarında həll edirlər. Mən təklif edərdim ki, istər təhdid, istər səfərbərlik, istərsə də müharibə ərəfəsində Silahlı Qüvvələrə rəhbərliyi Ali Baş Komandan etsin”.
Milli Məclis
1 Dekabr , 2017 14:14
Deputat “Silahlı Qüvvələr haqqında” qanun layihəsini tənqid edib
Deputat Vahid Əhmədov / Report/ Elshan Baba

Bakı.1 dekabr. REPORT.AZ/ “Qanun layihəsinin 6-cı maddəsində göstərilib ki, səfərbərlik və müharibə ərəfəsində Silahlı Qüvvələrə rəhbərliyi Ali Baş Komandan edir. Amma qanunun 6.1-ci maddəsində isə qeyd edilib ki, real təhdid olan dövrlərdə isə silahlı birləşmələr bu məsələləri öz aralarında həll edirlər. Mən təklif edərdim ki, istər təhdid, istər səfərbərlik, istərsə də müharibə ərəfəsində Silahlı Qüvvələrə rəhbərliyi Ali Baş Komandan etsin”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O, qanun layihəsi ilə bağlı bəzi iradlarını bildirib: “Yeni qanun layihəsində göstərilib ki, Silahlı Qüvvələrin maliyyələşməsinə ayrılmış vəsait və xərclərinə nəzarəti “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq Hesablama Palatası həyata keçirir. Bir dəfə eşitmədim ki, Hesablama Palatası hansısa silahlı qüvvələrin tərkibində yoxlamalar aparsın və Milli Məclisə təhvil versin. Milli Məclisin Silahlı Qüvvələr üzərində nəzarət mexanizmini bu qanunda nəzərə almaq lazımdır. Bu, çox vacib məsələlərdən biridir. Silahlı Qüvvələrə nəzarət mexanizmini bu qanunda qeyd etmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi