Deputat: “Qaradağ rayonuna Heydər Əliyevin adı verilərsə, yaxşı olar”

Deputat: “Qaradağ rayonuna Heydər Əliyevin adı verilərsə, yaxşı olar” Bakı. 13 fevral. REPORT.AZ/ “Bakının Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adı verilərsə, yaxşı olar”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.
Milli Məclis
13 Fevral , 2018 17:54
Deputat: “Qaradağ rayonuna Heydər Əliyevin adı verilərsə, yaxşı olar”
Deputat Aydın Hüseynov / Report
Bakı. 13 fevral. REPORT.AZ/ “Bakının Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adı verilərsə, yaxşı olar”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Ələt azad iqtisadi zonası” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.

O bildirib ki, Heydər Əliyevin də, Prezident İlham Əliyevin də Qaradağ rayonunun sosial-iqtisadi inkişafında xüsusi rolu olub: “Təklif edirəm ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə ələqədar Qaradağ rayonu Heydər Əliyev rayonu adlandırılsın”.

Qeyd edək ki, A.Hüseynov 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. O həm də hakim Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədridir.

Son xəbərlər

Orphus sistemi