Deputat: "Qanunun ağırlaşdırıcı halının geriyə tətbiqi yolverilməzdir"

Deputat: "Qanunun ağırlaşdırıcı halının geriyə tətbiqi yolverilməzdir" “Tikinti sahəsində durğunluq mövcuddur. Bu durğunluq qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırılmalıdır”.
Milli Məclis
15 Mart , 2019 17:54
Deputat: Qanunun ağırlaşdırıcı halının geriyə tətbiqi yolverilməzdir

“Tikinti sahəsində durğunluq mövcuddur. Bu durğunluq qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırılmalıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

Deputat bildirib ki, 2018-ci ilə kimi tikinti sıxlığı qəbul olunmuş qaydalara əsasən, Tikinti Məcəlləsinə və Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarına uyğun olaraq, binaların tikintisinə icazə verilib: "Amma indi yeni əmsalın tətbiqi ortaya atılıb. Bu da əvvəllər sərəncam almış və müəyyən işlər görmüş sahibkarlar üçün böyük problemə çevrilib. Qanunun ağırlaşdırıcı halının geriyə tətbiqi yolverilməzdir. Bu gün qəbul olunan qanun əgər ondan əvvəl təbiq olunan qanunu ağırlaşdırırsa, özündən əvvəlkinə imkan verməlidir ki, onu həyata keçirsin. Amma bundan sonra bu məsələlərə yenidən yanaşmaq olar. Hesab edirəm ki, Baş nazir bu məsələni nəzarətə götürəcək".

Son xəbərlər

Orphus sistemi