Deputat: "Qadınlar üçün iş yerləri açanlara vergi güzəştləri olmalıdır"

Deputat: "Qadınlar üçün iş yerləri açanlara vergi güzəştləri olmalıdır" “Bizdə çox vaxt pensiya yaşının çox olmasını Avropa ölkələri ilə müqayisə edib əlaqələndirirlər. Haulbuki həmin ölkələrin bəzilərində pensiya yaşı bizdən də aşağıdır”.
Milli Məclis
5 May , 2022 15:17
Deputat: Qadınlar üçün iş yerləri açanlara vergi güzəştləri olmalıdır
Qüdrət Həsənquliyev

“Bizdə çox vaxt pensiya yaşının çox olmasını Avropa ölkələri ilə müqayisə edib əlaqələndirirlər. Haulbuki həmin ölkələrin bəzilərində pensiya yaşı bizdən də aşağıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O xatırladıb ki, pensiyanın minimum həcmi 240 manatdır:

“Bunu da artırmaq lazımdır. Bizdə qadınların pensiya yaşı da aşağı salınmalıdır. Nazirlər Kabinetinə baxın, kişilər klubudur. İcra başçılarının da demək olar ki, hamısı kişilərdir. Bu istiqamətdə də ciddi dəyişikliklər olmalıdır. Qadınlar üçün iş yerləri açanlara vergi güzəştləri olmalıdır”.

Son xəbərlər

Orphus sistemi