Deputat: "Prezidentin Beyləqana səfəri pozitiv məqamlarla yadda qalıb"

Deputat: "Prezidentin Beyləqana səfəri pozitiv məqamlarla yadda qalıb" Bakı. 14 fevral. REPORT.AZ/ “Prezident İlham Əliyevin Beyləqana səfəri müsbət məqamlarla yadda qalıb. 80 saylı İmişli - Beyləqan seçki dairəsinin deputatı kimi bu səfəri yüksək qiymətləndirirəm”.
Milli Məclis
14 Fevral , 2019 12:47
Deputat: Prezidentin Beyləqana səfəri pozitiv məqamlarla yadda qalıb

Bakı. 14 fevral. REPORT.AZ/ “Prezident İlham Əliyevin Beyləqana səfəri müsbət məqamlarla yadda qalıb. 80 saylı İmişli - Beyləqan seçki dairəsinin deputatı kimi bu səfəri yüksək qiymətləndirirəm”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyev Beyləqana səfərindən çox razı qalıb: “Dövlət başçısının əhvalından görünür ki, Beyləqanda görülən işlər onu qane edib. Prezident qeyd etdi ki, bəzi obyektlərin keyfiyyəti müqayisəolunmazdır. Prezidentin ictimaiyyətlə görüşü ilə bağlı bəzi məqamlara toxunmaq istəyirəm. Bilirsiniz ki, bunu rəhbərlik səviyyəsində tənzimləmək mümkün deyil, yəni Prezidentə məlumat verilsin, xoş söz deyilsin və s. Bu, bir-iki insan səviyyəsində olsaydı, mümkün olardı, bunu da hansısa qüvvələr yoza bilərdi. Amma dövlət başçısının ictimaiyyət arasına çıxaraq onlarla ünsiyyətdə olması, problemləri ilə maraqlanması, sakinlərin də onu qucaqlaması, hətta birlikdə mahnı oxumaları xalq və Prezident münasibətlərinin əyani sübutudur. Dövlət başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir. Bu səfəri çox böyük həyacanla izləyirdim. Görüşdəki əhval-ruhiyyə - Beyləqan sakinlərinin sevinci, Prezident İlham Əliyevin vəziyyətdən razı qalması məni olduqca qürurlandırdı.

Milli Məclisin deputatı Çingiz Qənizadə

Dövlət başçısı insanların problemlərinə yerindəcə həll etdi. Çünki o, bu məsələlərə çox həssaslıqla yanaşır. Evi dağılan qadına mənzil verilməsi, 36 mənzilli yaşayış binasının inşası ilə bağlı, Beyləqanın ən böyük kəndlərindən biri olan Dünyamalılar kəndindəki məktəbin tikilməsi üçün vəsaitin ayrılması Prezidentin xalqın problemlərinə həssas yanaşmasının göstəricisidir. Bu, həm də xalqa qayğıdır. Nə qədər ki, Azərbaycan xalqının cənab Prezidentə məhəbbəti var, dövlət başçısı qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu məhəbbətdən ilhamlanaraq işini görəcək. Prezident İlham Əliyev insanlara həmişə diqqət və qayğı göstərib. Bunu müxtəlif görüşlərdə müşahidə etmişik.

Prezident İlham Əliyevin hadisə bölgələrinə getməsini, təhlükə ilə üzləşən insanlara diqqət göstərməsini, dövlət başçısının 2016-cı ildə ermənilərin mülki əhalini atəşə tutması nəticəsində zərərçəkən insanların evlərində olmasını, tanınmış ictimai-siyasi xadimlərə, mədəniyyət işçilərinə, jurnalistlərə göstərilən diqqəti, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, müalicə xərclərinin qarşılanmasını qeyd edə bilərik. Biz bunların şahidi olmuşuq. Bu məsələlərə yüz minlərlə vəsait ayrılıb. Prezident bölgələri səfəri zamanı həmişə insanları dinləyib, problemlərini həll edib".

Deputat vurğulayıb ki, bu işlərin görülməsinə baxmayaraq, xalqı, dövləti, hakimiyyəti istəməyən qüvvələr nəsə axtarmağa çalışırlar: “Kimin nə deməsindən asılı olmayaraq, Prezident İlham Əliyevə xalqın dəstəyi var, xalqla dövlət başçısı arasında qarşılıqlı etimad mövcuddur. Bu, dövlətin stabilliyi, Qarabağın azad olması deməkdir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan rayonuna səfər edib. O, səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib.

Son xəbərlər

Orphus sistemi