Deputat: "Prezident torpaqlarımızın itirilməsinin səbəbini açıqlamaqla xainlərə ibrət dərsi verdi"

Deputat: "Prezident torpaqlarımızın itirilməsinin səbəbini açıqlamaqla xainlərə ibrət dərsi verdi" “Dünən ölkə başçısı Hərbi Qənimətlər Parkının açılışını etdi. Bu təqdimat tarixi zəfərin təqdimatı idi”
Milli Məclis
13 Aprel , 2021 11:07
Deputat: Prezident torpaqlarımızın itirilməsinin səbəbini açıqlamaqla xainlərə ibrət dərsi verdi
İlham Əliyev
0 : 00
0 : 00

“Dünən ölkə başçısı Hərbi Qənimətlər Parkının açılışını etdi. Bu təqdimat tarixi zəfərin təqdimatı idi”.

"Report" xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Cənab Prezident zamanında torpaqlarımızın itirilməsinin səbəbini açıqlamaqla xainlərə ibrət dərsi verdi. Bizim milli birliyimizi heç kim poza bilməz. Güclü lideri olan xalqa qalib gəlmək mümkün deyil. İlham Əliyev xoşbəxt dövlət başçısıdır ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilib. Cənab Prezident qədər Azərbaycanı sevən və tanıdan dəyərli bir şəxsiyyət yoxdur. O, Müzəffər Ali Baş Komandandır”, - deputat bildirib.

Son xəbərlər

Orphus sistemi