Komitə sədri: "Ötən il 1205 nəfər məişət zorakılığından əziyyət çəkib"

Komitə sədri: "Ötən il 1205 nəfər məişət zorakılığından əziyyət çəkib" Ötən il məişət zorakılığı nəticəsində əziyyət çəkən qadınların sayı 1205 nəfər olub.
Milli Məclis
15 Dekabr , 2022 14:18
Komitə sədri: Ötən il 1205 nəfər məişət zorakılığından əziyyət çəkib

"Ötən il məişət zorakılığı nəticəsində əziyyət çəkən qadınların sayı 1205 nəfər olub".

“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, məişət zorakılığı narahatedici məqamlardandır: "Ötən il məişət zorakılığı nəticəsində əziyyət çəkən qadınların sayı 1205 nəfər olub. Təhlillər də göstərir ki, qadın və uşaqlar, eləcə də kişilər daha çox ailə üzvləri tərəfindən zorakılığın bu ya digər formalarına məruz qalırlar. Hesab edirəm ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlarda da yardım mərkəzləri yaradılmalıdır”.

Son xəbərlər

Orphus sistemi