Deputat: "Oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki?"

Deputat: "Oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki?" Bakı. 25 yanvar. REPORT.AZ/ “Bələdiyyə sədrləri və üzvləri oğrudursa, həbs etmək lazımdır. Burada hansı güzəştdən söhbət gedə bilər ki?!”
Milli Məclis
25 Yanvar , 2019 15:42
Deputat: Oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki?

Bakı. 25 yanvar. REPORT.AZ/ “Bələdiyyə sədrləri və üzvləri oğrudursa, həbs etmək lazımdır. Burada hansı güzəştdən söhbət gedə bilər ki?!”

“Report” xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, bələdiyyələr rayon icra hakimiyyətləri ilə Ədliyyə Nazirliyi arasında qalıblar: “Boynu bükük, qulağı sallaq bələdiyyə sədrinin canını icra başçısı da, Ədliyyə Nazirliyi də alacaq. Qaməti düz olan, işini bilən, oğru olmayan bələdiyyələrə nə əmr etmək olar ki? Özünə hörmət qoyan bələdiyyə sədrlərinə hamı hörmətlə yanaşır. Bələdiyyə rüşvət alırsa, cavab verməlidir. Biz bununla bağlı güzəşt etməməliyik, hər kəs qanun qarşısında bərabərdir. O, oğurluq edəndə bilmir ki, bunun cəzası var? Bələdiyyə sədrləri hər şeyi bizdən yaxşı bilirlər”.

Son xəbərlər

Orphus sistemi