Yuxarı

Deputat Nəriman Əliyevin vəziyyəti ağır olaraq qalır

Deputatın əməliyyatı çətin keçib

Bakı. 15 yanvar. REPORT.AZ/ 70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin müalicəsi Respublika Müalicəvi Diaqnostika Mərkəzində davam etdirilir.

Yaxınlarının "Report"a verdiyi məlumata görə, deputatın əməliyyatı çətin keçib: "Buna səbəb xəstəliyinin gec aşkar olunması və müalicəsinə vaxtında başlamaması olub. Bu səbəbdən Nəriman Əliyev bu həftə ərzində xəstəxanada qalacaq".

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən isə "Report"a bildirilib ki, deputat Nəriman Əliyevin səhhətinin hazırki durumunun açıqlanması ilə bağlı həkimin qərarını gözləmək lazımdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi