Deputat: "Musa Yaqubun vəziyyəti ağırdır"

Deputat: "Musa Yaqubun vəziyyəti ağırdır" “Prezident mədəniyyət işçiləri ilə görüş keçirdi. Dövlət başçısı dedi ki, mədəniyyətin, ədəbiyyatın problemləri ilə bağlı danışın. Onların çoxu öz atalarına heykəl xahiş etdilər, televiziyaya çıxmaları ilə bağlı danışdılar. Bir adam təklif etmədi ki, kitabla bağlı 18 faizlik ƏDV götürülsün. Türkiyə və Gürcüstan bunu götürüb”.
Milli Məclis
9 Aprel , 2019 13:30
Deputat: Musa Yaqubun vəziyyəti ağırdır
0 : 00
0 : 00

“Prezident mədəniyyət işçiləri ilə görüş keçirdi. Dövlət başçısı dedi ki, mədəniyyətin, ədəbiyyatın problemləri ilə bağlı danışın. Onların çoxu öz atalarına heykəl xahiş etdilər, televiziyaya çıxmaları ilə bağlı danışdılar. Bir adam təklif etmədi ki, kitabla bağlı 18 faizlik ƏDV götürülsün. Türkiyə və Gürcüstan bunu götürüb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

“Azərbaycanın nomenklaturada olmayan şairlərindən biri Musa Yaqubdur. Hazırda onun vəziyyəti ağırdır. Müsahibəsində deyir ki, müalicəyə göndərən yoxdur. Mən demirəm ki, niyə Musa Yaqub, Ramiz Rövşən xalq şairi deyil? Bunları bir tərəfə qoyuram. Biz  ölkə üçün xeyri olmayan yüzlərlə adama dəstək veririk. Dəstək verilən insanların arasında fayda verənlər də var. Biz yaradıcı insanlarımıza dəyər verməliyik” - deputat qeyd edib.

Son xəbərlər

Orphus sistemi