Deputat: "Mühacirlərin bəziləri hələ də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı kampaniyanı davam etdirirlər”

Deputat: "Mühacirlərin bəziləri hələ də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı kampaniyanı davam etdirirlər” “Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar həyata keçirilib. İnsanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Azərbaycanda bütün sahələr inkişaf edir. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu durmadan artır. Bunun fonunda əvvəllər radikal fikirlər səsləndirən mühacirlərin bəziləri səhvlərini başa düşürlər”.
Milli Məclis
17 May , 2019 18:00
Deputat: Mühacirlərin bəziləri hələ də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı kampaniyanı davam etdirirlər”

“Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar həyata keçirilib. İnsanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Azərbaycanda bütün sahələr inkişaf edir. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu durmadan artır. Bunun fonunda əvvəllər radikal fikirlər səsləndirən mühacirlərin bəziləri səhvlərini başa düşürlər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, onlar düz yolda olmayıblar, milli maraqları deyil, digər maraqları üstün tutublar: “Çox yaxşı haldır ki, son zamanlar onların bəziləri Azərbaycan Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasətinin düzgünlüyünü dərk edirlər. Xalq bu iqtidarın siyasətini dəstəkləyir, onlar da bunu görür. Dünyanın böyük dövlətləri Azərbaycanla əməkdaşlıq edir. Ölkəmizin razılığı olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Mühacirlər də başa düşürlər ki, yanlış yoldadırlar, ona görə Azərbaycanla əməkdaşlıq etmək istəyirlər”.

C.Osmanov qeyd edib ki, mühacirlərin bəziləri hələ də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı kampaniyanı davam etdirirlər: “Onlar Azərbaycanı gözü götürməyən qüvvələrin diktəsi altında bunu edirlər. Çalışırlar ki, şər-böhtanla ölkəmizin nüfuzuna xələl gətirsinlər. Azərbaycan Prezidenti İlham Əliyevin Belçikanın paytaxtı Brüssel şəhərinə səfəri zamanı iki-üç satqın, antimilli ünsürün davranışını gördük. Onlar bu tədbirin keçirildiyi an ölkəmizin imicinə zərər gətirməyə çalışırdılar. Həmin şəxslər milli-mənəvi dəyərlərə məhəl qoymurlar. Satqının, xəyanətkarın nə vətəni, nə milləti, nə də dini var. Həmin şəxslər və onlara dəstək verənlər bilməlidir ki, nəyəsə nail ola bilməyəcəklər. Xalq Prezident İlham Əliyevə inanır, onu dəstəkləyir. Azərbaycanın nüfuzu dünyanın inkişaf etmiş ölkələrinin nüfuzu ilə bərabərdir”.

Deputat vurğulayıb ki, Azərbaycanda insan hüquq və azadlıqlarının tam təmin edilməməsi ilə bağlı səsləndirilən fikirlər qərəzdən başqa bir şey deyil: “Ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilir. Bu cür fikirləri pisləyirik, çünki həqiqətə uyğun deyil, qərəzli mövqedir”.

Son xəbərlər

Orphus sistemi