“Müdafiə Nazirliyində aparılan son yoxlamalar məni sevindirir. Biz nazirliyin bütün strukturunda olan köstəbəkləri aradan qaldırmalıyıq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
“Ötən gün oxudum ki, orada Məlikməmməd adında bir zabiti də tutublar. Əsas orada oturan “div”ləri aradan qaldırmaq lazımdır. Həmin vəsaitlər bir nəfərin əli ilə mənimsənilə bilməz. Hesab edirəm ki, həmin müsadirə olunan vəsaitlər hərbçilərə, Qarabağda xidmət edənlərə verilməlidir”.