Deputat Milli Məclisin ATƏT-in Minsk qrupuna üzv dövlətlərə müraciət etməsini təklif edib

Deputat Milli Məclisin ATƏT-in Minsk qrupuna üzv dövlətlərə müraciət etməsini təklif edib Bakı. 1 fevral. REPORT.AZ/ “Ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar. Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər”.
Milli Məclis
1 Fevral , 2018 13:30
Deputat Milli Məclisin ATƏT-in Minsk qrupuna üzv dövlətlərə müraciət etməsini təklif edib

Bakı. 1 fevral. REPORT.AZ/ “Ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar. Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

O, ATƏT-in Minsk qrupuna müraciət etməyi, onları bu yoldan çəkinməyə çağırmağı təklif edib: “Milli Məclis olaraq ATƏT-in Minsk qrupuna müraciət etməliyik, onları bu yoldan çəkinməyə çağırmalıyıq. Eyni zamanda ermənilərin törətdiyi vəhşilikləri bir daha onların diqqətinə çatdırmalıyıq”.

Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına "İşğal siyasəti haqqında" qanun layihəsinin hazırlanması da daxil edilsin.

Son xəbərlər

Orphus sistemi