Yuxarı

Deputat: "Məktəblərdə olan problemlərin kökü kadrlardadır"

Deputat Musa Qasımlı

Bakı. 24 may. REPORT.AZ/ “Məktəblərdə olan problemlərin kökü kadrlardadır. Təhsil Nazirliyi hər bir məktəbə nəzarət edə biləcək gücdə deyil. Əgər məktəbdə direktor, direktor müavinləri və müəllimlər yerindədirsə, həmin məktəbdə heç bir problem ola bilməz”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

O deyib ki, pedaqoji kadrların seçilməsi ilə bağlı tələblərin konkret müəyyənləşdirilməsi məktəbləri kadr potensialı baxımından sağlamlışadıracaq: “Heç kəsə sirr deyil ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvələrində kolxoz və sovxoz sistemi dağılandan sonra kimlər müəllim oldu... Qanunvericilikdə edilən dəyişikliklər məktəbləri kadr baxımından tamamilə sağlamlaşdıracaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi