Deputat: “Azərbaycan və Gürcüstan istənilən məsələni beynəlxalq hüquq əsasında həll etmək iqtidarındadır”

Deputat: “Azərbaycan və Gürcüstan istənilən məsələni beynəlxalq hüquq əsasında həll etmək iqtidarındadır” “Azərbaycan və Gürcüstan istənilən məsələni qardaşlıq və beynəlxalq hüquq əsasında həll etmək bacarığındadır”.
Milli Məclis
17 İyul , 2019 17:57
Deputat: “Azərbaycan və Gürcüstan istənilən məsələni beynəlxalq hüquq əsasında həll etmək iqtidarındadır”

“Azərbaycan və Gürcüstan istənilən məsələni qardaşlıq və beynəlxalq hüquq əsasında həll etmək bacarığındadır”.

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, sərhəddə bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycan sərhədçisinə qarşı edilən hərəkət cəmiyyətdə böyük narahatlıq doğurub: “Gürcüstan sərhədçilərinin hərəkətsizliyi bir qrup insanın sərhəd xəttinə yaxın “Keşikçidağ” məbəd kompleksində gərginlik yaratmaq cəhdinə səbəb oldu. Məbəd Azərbaycan ərazisində yerləşir və bu, 1963-cü ildə Gürcüstan SSR Ali Sovetində təsdiq edilmiş topoqrafik xəritədə təsbit edilib. Azərbaycan-Gürcüstan sərhəd xəttinin detallarının müzakirə edildiyi bir zamanda belə bir insindentin törədilməsi müəyyən qüvvələrin iki ölkə arasında problem yaratmaq cəhdi kimi qiymətləndirilməlidir. Baş verən hadisəyə Gürcüstan hakimiyyət orqanlarının kəskin reaksiya verməsi, Gürcüstan baş nazirinin hadisəni pisləməsi iki ölkə arasında mehriban qonşuluq siyasətinin davam etdirilməsinə tərəflərin böyük maraq göstərməsi kimi qiymətləndirilir”.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan hadisəni törədənlərin cəzalandırılımasını və belə hadislərin qarşısını alacaq mexanizmin hazırlanmasını vacib hesab edir.

Son xəbərlər

Orphus sistemi