Yuxarı

Deputat: “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qəbul edilməlidir”

Bakı. 31 yanvar. REPORT.AZ/ “Hər sahədə olduğu kimi, sığorta kənd təsərrüfatında da vacib məsələlərdəndir. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qəbul edilərsə, müsbətə doğru addım atılmış olar, sahibkarlar bundan yararlanarlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Eldar Quliyev deyib.

O bildirib ki, Azərbaycanın iqlimi o qədər də dəyişikliyə məruz qalmır, amma ölkəmizdə də subasma hadisəsi baş verir, dolu düşür və digər neqativ hallar olur: Belə olan halda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilər. Ümid edirəm ki, yaz sessiyasında bu qanun layihəsi qəbul ediləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi