Deputat işğaldan azad olunan ərazilərin bərpası üçün vəsaitin artırılmasını təklif edib

Deputat işğaldan azad olunan ərazilərin bərpası üçün vəsaitin artırılmasını təklif edib “44 günlük Vətən müharibəsində qələbəni təmin edən səbəblərdən biri dövlətimizin iqtisadi və maliyyə inkişafı idi. 44 gün ərzində biz sosial, iqtisadi cəhətdən heç bir çətinlik çəkmədik”.
Milli Məclis
24 Dekabr , 2020 13:01
Deputat işğaldan azad olunan ərazilərin bərpası üçün vəsaitin artırılmasını təklif edib
0 : 00
0 : 00

“44 günlük Vətən müharibəsində qələbəni təmin edən səbəblərdən biri dövlətimizin iqtisadi və maliyyə inkişafı idi. 44 gün ərzində biz sosial, iqtisadi cəhətdən heç bir çətinlik çəkmədik”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan xalqının və dövlətinin qarşısında duran ən ümdə vəzifə işğaldan azad olunan əfarzilərimizə qayıtmaqdır: “Əgər mümkündürsə, həmin ərazilərin bərpası üçün ayrılan 2,2 milyard manat artırılsın. Gələn il ölkəmizdə pensiyalar, müavinətlər artırılacaq. Bu, çox yaxşı bir haldır”.

Son xəbərlər

Orphus sistemi