Deputat: "İcra başçıları deyir nə səlahiyyətimiz var ki, onu da bələdiyyələrə verirsiniz?"

Deputat: "İcra başçıları deyir nə səlahiyyətimiz var ki, onu da bələdiyyələrə verirsiniz?" “Bələdiyyələr ölü doğulub. Biz hərdən deyirik ki, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri bələdiyyələrə verilməlidir. İcra başçıları isə mənə deyir ki, bizim nə səlahiyyətimiz var ki, onu da bələdiyyələrə verirsiniz?”
Milli Məclis
5 aprel 2022 08:55
Deputat: İcra başçıları deyir nə səlahiyyətimiz var ki, onu da bələdiyyələrə verirsiniz?
Qüdrət Həsənquliyev

“Bələdiyyələr ölü doğulub. Biz hərdən deyirik ki, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri bələdiyyələrə verilməlidir. İcra başçıları isə mənə deyir ki, bizim nə səlahiyyətimiz var ki, onu da bələdiyyələrə verirsiniz?”

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.

“Ölkədə ciddi islahatların aparılmasına ehtiyac var. Bələdiyyələr daha çox ona görə yaradılıb ki, Avropa orqanları bizdən tələb edirdi ki, seçkili orqanlar yaradılsın. Hökumət bələdiyyələrin səlahiyyətləri ilə bağlı Konstitusiya islahatlarına da getməlidir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi