Deputat: “İnternet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir”

Deputat: “İnternet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir” Bakı. 1 oktyabr. REPORT.AZ/ “İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır. İnternet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də internet medianın dövlət yardımından bəhrələnməsinə nail olacağıq. Məsələ bu günümüz üçün çox vacibdir”.
Milli Məclis
1 Oktyabr , 2018 13:23
Deputat: “İnternet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir”
Mətbuat Şurasının sədri Əflatun Amaşov / Report
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ “İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır. İnternet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də internet medianın dövlət yardımından bəhrələnməsinə nail olacağıq. Məsələ bu günümüz üçün çox vacibdir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Deputat qeyd edib ki, bu qanun həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər.

O, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələrinin də hazırlanmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi