Deputat gələn ilin dövlət büdcəsində neftin qiymətinin daha yüksək qiymətlə hesablanmasını təklif edib

Deputat gələn ilin dövlət büdcəsində neftin qiymətinin daha yüksək qiymətlə hesablanmasını təklif edib Bakı. 13 noyabr. REPORT.AZ/ “2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan hesablanacaq. Neftin qiyməti 65 dollar olduğu halda, niyə belə olmalıdır? Biz bundan qorxmamalıyıq. Beynəlxalq təşkilatların əksəriyyəti neftin qiymətini 50 dollardan hesablayır”.
Milli Məclis
13 Noyabr , 2017 13:38
Deputat gələn ilin dövlət büdcəsində neftin qiymətinin daha yüksək qiymətlə hesablanmasını təklif edib

Bakı. 13 noyabr. REPORT.AZ/ “2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan hesablanacaq. Neftin qiyməti 65 dollar olduğu halda, niyə belə olmalıdır? Biz bundan qorxmamalıyıq. Beynəlxalq təşkilatların əksəriyyəti neftin qiymətini 50 dollardan hesablayır”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli parlament komitələrinin birgə iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, neftin qiymətinə uyğun bir sıra sahələrə ayrılan vəsaitlər artırılmalıdır.

Deputat Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsaitin artırılmasını da təklif edib: “Bir nümayəndəsi Milli Məclisdə təmsil olunan siyasi partiyaya il ərzində 100 minə yaxın vəsait ayrılır. Bu da aya, təxminən, 8 min manat edir. Siyasi partiyaların hər rayonda şöbələri fəaliyyət göstərməlidir, indi siz deyin, bu vəsait onların saxlanılmasına yetərmi?”

T.Kərimliyə cavab verən maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin 45 dollardan hesablanması normaldır. 

Son xəbərlər

Orphus sistemi