Deputat: "Ermənilər bizə çox arqumentlər veriblər ki, onları öz silahları ilə vuraq"

Deputat: "Ermənilər bizə çox arqumentlər veriblər ki, onları öz silahları ilə vuraq" “Prezident İlham Əliyevin Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışını yerlərdə təbliğ etməliyik. Düşməni öz silahı ilə vurmalıyıq. Ermənilər bizim əzəli düşmənlərimizdir. Biz strategiyanı elə müəyyənləşdirməliyik ki, sonrakı taktiki addımlarda səhv etməyək”.
Milli Məclis
15 Oktyabr , 2019 12:44
Deputat: Ermənilər bizə çox arqumentlər veriblər ki, onları öz silahları ilə vuraq

“Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışını yerlərdə təbliğ etməliyik. Düşməni öz silahı ilə vurmalıyıq. Ermənilər bizim əzəli düşmənlərimizdir. Biz strategiyanı elə müəyyənləşdirməliyik ki, sonrakı taktiki addımlarda səhv etməyək”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev qeyd edib ki, informasiya müharibəsi dövrüdür: “Bu istiqamətdə də işimizi qurmalıyıq. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nda peşəkar tarixçilərdən ibarət şöbə yaradılmalıdır, vəsait ayrılmalıdır. Onlar ermənilərin tarixi, Qafqazda mövcud olmaması ilə bağlı araşdırmalar aparmalı, müxtəlif dillərdə dərc edilməlidir. Ermənilər bizə çox arqumentlər veriblər ki, onları öz silahları ilə vuraq. Biz mübarizəni daha çox mədəni müstəvidə aparmalıyıq, söyüş ritorikasının əleyhinəyəm”.

Son xəbərlər

Orphus sistemi