Deputat dərslərin sentyabrın 1-də başlanmasını təklif edib

Deputat dərslərin sentyabrın 1-də başlanmasını təklif edib Bakı. 1 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycanda təhsil ilinin sentyabrın 1-də başlanmasını təklif edib.
Milli Məclis
1 Oktyabr , 2018 17:24
Deputat dərslərin sentyabrın 1-də başlanmasını təklif edib
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli / Report
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycanda təhsil ilinin sentyabrın 1-də başlanmasını təklif edib.

“Report”un xəbərinə görə, T.Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, dərslərin sentyabrın 15-də başlanması təhsil sisteminin pozulmasına səbəb olur .

Onun sözlərinə görə, yeni tədris ilinin sentyabrın 15-də başlanması istirahət və məktəbə hazırlıq məsələlərində valideynlər üçün xeyrli ola bilər, lakin uşaqların yaxşı təhsil alması üçün yenidən dərs ilinin sentyabrın 1-nə qaytarılması daha düzgün olardı.

Deputat çıxışı zamanı məktəblərdə dərs yükünün azaldılmasının vacibliyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi