“Hakimlərin vəzifə maaşları əhəmiyyətli dərəcədə artır. Qanunvericiliyə edilən dəyişikliyə əsasən,
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, bu müavinət də pensiya təminatında nəzərə alınmayacaq: “Deyirlər, Vahid Tarif Dərəcələri hazırlanır, ehtiyat edirəm ki, orada Milli Məclisin adı qeyd edilməsin. Deməyim odur ki, bu məsələ qanunvericilikdə tam aydınlaşmayıb. Deputatların da əməkhaqqı ilə vəzifə maaşları fərqli anlayışlar kimi verilib. Hesab edirəm ki, deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı. Bu, gələcəkdə pensiya təminatı və digər məsələlər üçün sərfəli olardı”.