Deputat: "Bütün siyasi partiyalar birgə bəyanat verməlidir"

Deputat: "Bütün siyasi partiyalar birgə bəyanat verməlidir" Erməni terrorunun növbəti qurbanları media nümayəndələri oldu. Video görüntülərdən də məlum olduğu kimi minalar təzə basdırılıb".
Qarabağ
6 İyun , 2021 12:26
Deputat: Bütün siyasi partiyalar birgə bəyanat verməlidir

Erməni terrorunun növbəti qurbanları media nümayəndələri oldu. Video görüntülərdən də məlum olduğu kimi minalar təzə basdırılıb".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Ermənistanda müəyyən qüvvələr var ki, aranın qarışmasına maraqlıdırlar: "Bu məqsədlə də Azərbaycanın mülki şəxsləri hər zaman hədəf mərkəzindədir. Həmin yol əvvəlcədən də istifadə olunan marşrut xətti idi. Yəni minalardan təmizlənmiş müəyyən yol idi.

Çox təəssüf ki, erməni terroru hər vəclə davam edir. Bu sahədə dövlətimiz əməli addımlar atsa da, hələ qarşısını almaq mümkün deyil. Ölkə başçısı da dəfələrlə dünyanın mötəbər birliklərini bu sahədə əməkdaşlığa dəvət edib. ATƏT və digər qurumlar bu barədə sərt bəyanatlar verməli, terrorçuya qarşı sanksiyalar tətbiq etməlidir. Artıq beynəlxalq təşkilatlar “Ermənistan sevdası”ndan əl çəkməlidir. Kəlbəcərdə Ermənistanın terroru nəticəsində həlak olanların ikisi jurnalistdir.

Bu gün dünyanın aparıcı media təşkilatlarının, beynəlxalq media institutlarının bəyanat verməsi, açıq şəkildə Ermənistanın terrorunu pisləməsi, tənqid etməsi lazımdır. Amma onlar susurlar. Konkret olaraq mina terrorunu Ermənistanın törətdiyi göstərilməlidir ki, Kəlbəcərə, eləcə də digər Azərbaycan rayonlarına minaları bu terrorçu ölkə yerləşdirib, basdırıb.

Cəfərovun sözlərinə görə, Azərbaycanın dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb etməsinə baxmayaraq düşmən tərəf bundan imtina edib: "Hazırda iqtidarlı müxalifətli bütün qüvvələr dünya birliyini Ermənistanı minalanmış ərazilərin xəritəsini təqdim etməyə məcbur etməlidir".

Deputat deyib ki, təəssüf doğuran digər hal belə həssas bir məqamdan istifadə edib çaşqınlıq yaradanlardır: "Xalqın bu çətin vəziyyətindən hakimiyyətə qarşı istifadə etmək heç də düzgün deyil. Bu hallarda əksinə bütün siyasi partiyalar birgə bəyanatlarla çıxış etməlidir. Hazırki dövrdə daxildəki mübarizələri alovlandırmaq dövlətə qarşı fəaliyyət göstərməklə heç nə əldə olunmayacaq. Bir yumruq olub xalqımızı, dövlətimizi qorumalıyıq. Düşmənə qarşı birlikdə mübarizə aparmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi