Deputat Xocalı faciəsi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bolqarıstana gedəcək

Deputat Xocalı faciəsi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bolqarıstana gedəcək Bakı. 22 fevral. REPORT.AZ/ Milli Məclisin deputatı Rauf Əliyev fevralın 24-də Bolqarıstanın Sofiya şəhərində Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.
Milli Məclis
22 Fevral , 2019 17:39
Deputat Xocalı faciəsi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Bolqarıstana gedəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Milli Məclisin deputatı Rauf Əliyev fevralın 24-də Bolqarıstanın Sofiya şəhərində Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.

Parlamentdən “Report”a verilən məlumata görə, toplantı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil ediləcək. Tədbirdə Bolqarıstanın dövlət və özəl qurumları, media nümayəndələri, diplomatik korpusun rəhbərləri və diqər qonaqlar iştirak edəcəklər.

Bolqar ictimaiyyətinin Xocalı faciəsi barədə məlumatlandırılması məqsədilə Sofiya şəhərinin mərkəzində yerləşən hərbi klubda Azərbaycan Dövlət Pantomima Teatrının truppası tərəfindən “Xocalı-bu olub” tamaşası göstəriləcək.

Səfər fevralın 26-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi