Deputat: “Biz iyrənc hallara qarşı cəsarətli olmalıyıq”

Deputat: “Biz iyrənc hallara qarşı cəsarətli olmalıyıq” “Biz iyrənc hallara qarşı cəsarətli olmalıyıq. Şəhid ailələri ilə bağlı məsələdə bir nəfər də kənarda qalmadı. Qaçqınlar və məcburi köçkünlərə analoqu olmayan şərait yaradılıb. Bu insanlar bizə müraciət edərək bildirirlər ki, “iyrənc fikirləri yayanlar haqqımıza girməsinlər”.
Milli Məclis
12 Mart , 2019 11:52
Deputat: “Biz iyrənc hallara qarşı cəsarətli olmalıyıq”
0 : 00
0 : 00

“Biz iyrənc hallara qarşı cəsarətli olmalıyıq. Şəhid ailələri ilə bağlı məsələdə bir nəfər də kənarda qalmadı. Qaçqınlar və məcburi köçkünlərə analoqu olmayan şərait yaradılıb. Bu insanlar bizə müraciət edərək bildirirlər ki, “iyrənc fikirləri yayanlar haqqımıza girməsinlər”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vətəndaşlarla görüşür, onları dinləyir, şəxsən məktub alırlar: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə az qala hər bir insanı fərdi şəkildə tanıyırlar. Biz ölkədə aparılan siyasəti dəstəkləməliyik”. 

Deputat Jalə Əliyeva da çıxışında ölkədə aparılan islahatların xalq tərəfindən dəstəkləndiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi