Deputat: "Bəstəkar Elza İbrahimovanın yaşadığı binanın qarşısında memorial lövhə quraşdırılmalıdır"

Deputat: "Bəstəkar Elza İbrahimovanın yaşadığı binanın qarşısında memorial lövhə quraşdırılmalıdır" Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubileyi ərəfəsində yaşadığı binanın qarşısında memorial lövhənin quraşdırılmasını təklif edib.
Milli Məclis
25 Noyabr , 2022 11:56
Deputat: Bəstəkar Elza İbrahimovanın yaşadığı binanın qarşısında memorial lövhə quraşdırılmalıdır

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubileyi ərəfəsində yaşadığı binanın qarşısında memorial lövhənin quraşdırılmasını təklif edib.

“Report”un məlumatına görə, o, Nazirlər Kabinetinin 2019-2020-ci ildəki qərarı ilə həmin lövhənin quraşdırılması barədə məsələ qaldırıldığını, ancaq bu günədək həllini tapmadığını bildirib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi barədə müvafiq sərəncam imzalayıb: “Mərhumun yanvarın 10-da 85 illik yubileyidir. Ailəsi bizim komitədə olarkən həmin lövhənin qoyulmasını xahiş etdi. Nəzərə almaq lazımdır ki, Elza İbrahimova “Ey vətən” və digər bir sıra məşhur musiqi əsərinin müəllifidir”.

Son xəbərlər

Orphus sistemi