Bakı. 25 yanvar.
“Report” xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.
“Onlar əgər subvensiyalar vasitəsilə layihələr həyata keçirəcəklərsə, düşünməlidirlər ki, müəyyən obyekt inşa olunmalıdır, həmin obyekt gəlir gətirməlidir. Hər dəfə subvensiya üçün xahiş etməsinlər. Subvensiya bir dəfə veriləcək, bu da ildən-ilə gəlir gətirməlidir. Dövlət büdcəsindən ayrılan vəsait havaya getməməlidir. Subvensiya üçün 1 milyon manat vəsait nəzərdə tutulub. Sözsüz ki, bu vəsaitlə 1 600 bələdiyyəni əhatə edə bilmərik. Ona görə bu vəsaitdən səmərəli istifadə etmək lazımdır”, - deputat əlavə edib.