“Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsindən nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.
O bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir:
“Bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”.
Deputat Baş nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair tez qərar qəbul olunsun.