Deputat: “Baş nazirin komandası dövlətə, bəlkə də, bizdən sədaqətlidir”

Deputat: “Baş nazirin komandası dövlətə, bəlkə də, bizdən sədaqətlidir” “Sual edirəm ki, bizim hansımız bu millətə, dövlətə cənab Prezident qədər can yandırırıq? Təbii ki, heç birimiz”.
Milli Məclis
217
15 Mart , 2022 16:48
Deputat: “Baş nazirin komandası dövlətə, bəlkə də, bizdən sədaqətlidir”

“Sual edirəm ki, bizim hansımız bu millətə, dövlətə cənab Prezident qədər can yandırırıq? Təbii ki, heç birimiz”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

“Baş nazirin komandası da dövlətə, millətə, bəlkə, bizdən də sədaqətli bir komandadır. Ötən il azad edilmiş ərazilərimizdə aparılan işlərə də diqqət yetirməmək ədalətsizlik olar. Yaşayış məntəqələrinin su təminatı, Zəngilanda “ağıllı kənd” və digər layihələrin həyata keçirilməsi Prezidentin və dövlətin gücünü açıq şəkildə göstərir. Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər hesabat ilində də davam etdirilib”, - deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi