Deputat: "Atabank" cinayətkar bir bankdır"

Deputat: "Atabank" cinayətkar bir bankdır" “Dövlət və hökumət hər hansı bir addım atan zaman vətəndaşları fikirləşməlidir”.
Milli Məclis
1 May , 2020 12:02
Deputat: Atabank cinayətkar bir bankdır

“Dövlət və hökumət hər hansı bir addım atan zaman vətəndaşları fikirləşməlidir”.

“Report” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bağlanan iki bankda ("Atabank" və "Amrah Bank") əmanətlərin məbləği 850 milyon manata qədərdir:

“Həmin əmanətlərin qaytarılması üçün Mərkəzi Bank və dövlət büdcəsinin vəsait xərclənməlidir. Mən "Atabank" haqqında danışmaq istəmirəm. Çünki "Atabank" cinayətkar bir bankdır. Amma digər banklar normal fəaliyyət göstərir”.

Deputat bildirib ki, bank sistemi ilə əlaqədar Milli Məclis ciddi işlər görməlidir:

“Bank rəhbərləri ilə görüşlər keçirilməlidir”.

Son xəbərlər

Orphus sistemi