Deputat AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak edəcək

Deputat AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak edəcək Azərbaycan Milli Məclisinin (MM) deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.
Milli Məclis
17 May , 2019 15:56
Deputat AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak edəcək

Azərbaycan Milli Məclisinin (MM) deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.

MM-dən “Report”a verilən məlumata görə, komitə iclasında terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.

Sabir Hacıyev iclasda çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi