Dənizçinin şəxsiyyət sənədinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumun məbləği müəyyənləşib

Dənizçinin şəxsiyyət sənədinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumun məbləği müəyyənləşib “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir
Milli Məclis
120
26 Aprel , 2021 11:03
Dənizçinin şəxsiyyət sənədinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumun məbləği müəyyənləşib

Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumunun məbləği müəyyənləşib.

“Report”un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 28-ci maddəsinə (Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri) dəyişiklik edilir.

Dəyişikliklə qanunun 28.14-cü bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, dənizçinin şəxsiyyət sənədi on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat dövlət rüsumu tutulacaq.

Son xəbərlər

Orphus sistemi