Çingiz Əsgərov: “Sosial şəbəkələrdəki etirazlar tamamilə əsassızdır”

Çingiz Əsgərov: “Sosial şəbəkələrdəki etirazlar tamamilə əsassızdır” “Kənardan belə təəssürat yarana bilər ki, məhkəmələr öz gəlirlərini artırmaq məqsədini güdür”
Milli Məclis
25 İyun , 2021 14:27
Çingiz Əsgərov: “Sosial şəbəkələrdəki etirazlar tamamilə əsassızdır”
Çingiz Əsgərov

“Kənardan belə təəssürat yarana bilər ki, məhkəmələr öz gəlirlərini artırmaq məqsədini güdür. Ancaq elə deyil”.

“Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov parlamentin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin görülməsi, İcrada dönüş institutunun yaradılması ilə əlaqədardır: “Hesab edirəm ki, sosial şəbəkələrdəki qanunlara dəyişikliklərlə bağlı etirazlar tamamilə əsassızdır”.

Son xəbərlər

Orphus sistemi