Yuxarı

Ceyhun Bayramov: "Orta səviyyəli istedada malik olan şagird respublika fənn olimpiadasında yer qazana bilməz"

© Report/ Firi Salim — Təhsil n­aziri Ceyhun Bayramov

Bakı. 24 may. REPORT.AZ/ “Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərimizin ali məktəblərə imtahan zamanı göstərdiyi nəticələr bizdə var. Onların qəbul imtahanında olan nəticələri ilə olimpiadada iştirak etdikləri fənnlər üzrə elə də böyük fərq yoxdur”. 

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov beynəlxalq fənn olimpiadalarının qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyətin aradan qaldırılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aşağı nəticə coğrafiya fənnindən qalib gələn şagirdlərdə müşahidə olunur ki, onların da topladığı orta bal 648-dir: “Riyaziyyatdan qalib olan şagirdlərin topladğı orta bal isə 686-dır. Bu bir daha onu sübut edir ki, orta səviyyəli istedada malik olan şagird respublika fənn olimpiadasında yer qazana bilməz. Bu, mümkün deyil. Bu şagirdlər 8-ci sinifdən olimpiadalarda iştirak edirlər. Burada müşahidə edirik ki, onlar 10-11-ci sinifə çatanda olimpiadalara üz tutmurlar. Çünki respublika fənn olimpiadasının fərqli proqramı var və buna xüsusi hazırlaşmaq lazımdır. Onlar da qəbul imtahanlarına görə hazırlıqlara getdiklərindən, bu istiqamətdə hazırlaşmırlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi