Milli Məclisdə büdcənin icrası haqqında qanun layihəsi müzakirə edilir

Milli Məclisdə büdcənin icrası haqqında qanun layihəsi müzakirə edilir “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılıb
Milli Məclis
27 May , 2021 11:57
Milli Məclisdə büdcənin icrası haqqında qanun layihəsi müzakirə edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış edəcəklər.

İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak edir.

Son xəbərlər

Orphus sistemi