Büdcə ssudasının verilməsi qaydasının dəyişdirilməsi I oxunuşda qəbul edilib

Büdcə ssudasının verilməsi qaydasının dəyişdirilməsi I oxunuşda qəbul edilib Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə maliyyə vəsaitinin (büdcə ssudası
Milli Məclis
14 Dekabr , 2021 15:49
Büdcə ssudasının verilməsi qaydasının dəyişdirilməsi I oxunuşda qəbul edilib

Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə maliyyə vəsaitinin (büdcə ssudası) verilməsi qaydası dəyişdirilir.

"Report" xəbər verir ki, bununla bağlı bu gün Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılan “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilib.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, təklif edilən dəyişikliyin əsas məqsədi kimi büdcə ssudalarının həm sərbəst qalıq vəsaitləri hesabına verilməsi, həm də hüquqi şəxslərin dairəsinin dəqiqləşdirilməsi çıxış edə bilər. Əvvəlki təhlillərdə qanunvericilikdə nəzərdə tutulmadığı halda, sərbəst qalıq vəsaitlərindən büdcə ssudalarının hüquqi şəxslərə ayrılması hallarının olduğu göstərilib.

Bundan əlavə, beynəlxalq təcrübənin bu istiqamətdə təhlili göstərir ki, büdcə ssudalarının verilməsində əsas məqsəd qısamüddətli nağd vəsait çatışmazlığının aradan qaldırılmasıdır və bu alətdən əsasən büdcə sistemi daxilində, xüsusilə yerli büdcələrə münasibətdə istifadə edilir. Təklif edilən layihədə isə qeyd edilənlərlə yanaşı, büdcə ssudaları vasitəsilə publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan hüquqi şəxslərə maliyyə vəsaitinin ayrılması üçün şərtlər formalaşdırılır ki, bu da həmin fiskal risk mənbələrindən dövlət maliyyəsinə əlavə təsirlərə səbəb ola bilər.

Büdcə ssudalarının verilməsi və bununla bağlı digər məsələlərin qanunvericilikdə tam tənzimlənməməsi fonunda müvafiq maddəyə təklif edilən dəyişikliklər gələcəkdə risklərə səbəb ola bilər.

Bu baxımdan müvafiq maddəyə təklif edilən dəyişikliklərə yenidən baxılması və tənzimlənmənin büdcə sistemi daxilində nəzərdə tutulması, habelə hüquqi şəxslərə ssudaların verilməsi ilə bağlı müddəaların anlayışdan çıxarılması məqsədəuyğundur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi