Azərbaycanda bəzi şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir

Azərbaycanda bəzi şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir Azərbaycanda həbsdə olan şəxslərdən, hamilə qadınlardan, hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir.
Milli Məclis
4 İyun , 2020 16:33
Azərbaycanda bəzi şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir

Azərbaycanda həbsdə olan şəxslərdən, hamilə qadınlardan, hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir.

“Report” xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində qeyd edilib ki, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi