Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi başlayır

Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi başlayır Bu gündən gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəyə çıxarılmasına başlanılıb.
Milli Məclis
2074
10 Noyabr , 2021 09:18
Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi başlayır

Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.

"Report"un xəbərinə görə, büdcə layihəsinə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında baxılacaq.

Bu gün komitə layihənin müzakirəsi üçün toplanacaq.

Sabahdan isə qanun layihələri parlamentin digər komitələrində müzakirəyə çıxarılacaq.

Qanunverici orqanın noyabrın 16-17-18-də keçiriləcək plenar iclaslarda isə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi