Bitərəf deputatların MSK üzvlüyünə namizədlərinin siyahısı Milli Məclisə təqdim olunub

Bitərəf deputatların MSK üzvlüyünə namizədlərinin siyahısı Milli Məclisə təqdim olunub Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib
Milli Məclis
22 Aprel , 2021 11:36
Bitərəf deputatların MSK üzvlüyünə namizədlərinin siyahısı Milli Məclisə təqdim olunub
Milli Məclis

Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, iclasda üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq namizədləri müəyyənləşib.

İclasda sonra namizədlərin siyahısı Milli Məclis Aparatına təqdim edilib.

Siyahıda 7 nəfərin adı yer alıb:

1. Arifə Muxtarova

2. İlham Məmmədov

3. Nizami Nadirxanlı

4. Fuad Cavadov

5. Qabil Orucov

6. Nailə Əsgərova

7. Aydın Muradov.

Qeyd edək ki, yeni siyahıda indiyədək MSK sədrinin müavini olmuş Rövzət Qasımovun adı yer almayıb.

Bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi