Bəzi obyektlərin özəlləşdirilməsindən sonra təyinatının dəyişdirilməsi üçün qoyulan vaxt ikiqat artırılır

Bəzi obyektlərin özəlləşdirilməsindən sonra təyinatının dəyişdirilməsi üçün qoyulan vaxt ikiqat artırılır Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 5 il deyil, 10 il müddətinə funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək.
Milli Məclis
25 Yanvar , 2019 12:33
Bəzi obyektlərin özəlləşdirilməsindən sonra təyinatının dəyişdirilməsi üçün qoyulan vaxt ikiqat artırılır

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 5 il deyil, 10 il müddətinə funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək.

“Report” xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 13-cü (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) maddəsinə əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliyə əsasən isə bu müddətin 10 il olması təklif olunur.

Son xəbərlər

Orphus sistemi